Facebook Pixel Code
GoMap XƏRITƏ
Hökməli qəsəbə Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    İmadəddin Nəsimi, Abşeron, AZ0115
Avtobus

Cümə məscidi (Hökməli) - Məscid Abşeron rayonunun Hökməli qəsəbəsinin Nəsimi küçəsində yerləşib. Hökməli qəsəbə Cümə məscidinin divarları sal daşlarla işlənib. Giriş qapısı üstündə daş üzərində "Kəlmeyi-teyyubə" yazılıb. Qapıdan içəridə sahəsi 32 kv. metr olan dəhliz yerləşib. Məscidin döşəməsindən tavana qədər hündürlüyü 5 metr, günbəzə qədər isə 8 metrdir. Günbəzdə üç gözlük qoyulub. Mehrabı mərkəzdə yerləşib və hündürlüyü 3 metrdir. Mehrabın üstündə ərəbcə "Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn" sözləri yazılıb.1997-ci ildə məscid üçün mişar daşından minarə də tikilib. Onun hündürlüyü 15 metrdir. Minarənin üstündə səkkizguşəli ulduz və aypara rəmzi qoyulub.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər