Facebook Pixel Code
GoMap XƏRITƏ
Şağan qəsəbə Museyi Kazım məscidi
Baxış sayı:
  • Ünvan:
    Heybətqulu Məmmədbəyli, Bakı, Xəzər, AZ1151
  • Telefon:
    (+994 50) 519-99-77 - Yusifov Yadulla Yusif
Avtobus
Məscid Bakının Şağan kəndinin Aşağı məhəlləsində yerləşir. XIX əsrin axırlarında inşa olunub. Həyətyanı sahəsi 100 kv.metr, iç sahəsi 12x14 metrdir. Məscidin divarları sal daşlardan tikilib. Günbəz də daşdan tikilib və qum-sement məhlulu ilə suvanıb. Damı qırla örtülüb. Döşəməyə daş plitə döşənib. Yerdən tavanadək hündürlüyü 6 metr, günbəzədək hündürlüyü 9 metrdir. Günbəzin diametri 3 metrdir. Günbəzdə üç pəncərə qoyulub. Mehrab yonulmuş daşlarla işlənib və hündürlüyü 2,5 metrdir. Şağan kənd Museyi-Kazım məscidi 1937 - ci ildən 1994-cü ilə qədər anbar kimi istifadə olunub. Bundan sonra burada kənd camaatının təşəbbüsü və vəsaiti hesabına rekonstruksiya işləri aparılıb. Bütün bunlara baxmayaraq, məscid öz ilkin formasını qoruyub saxlayıb.
Son xəbərlər