Facebook Pixel Code
GoMap XƏRITƏ
Malıbəyli məscidi (Şuşa)
Baxış sayı:
  • Ünvan:
    Şuşa, AZ5800
Avtobus

Şuşada, Malıbəyli kendinin merkəzində yerləşen təkminarəli məsciddir. XX əsrin əvvəllərində erməni-müsəlman ixtişaşı zamanı məscidin minarəsi ermənilər tərəfindən uçurulub dağıdılmışdır. Məscid Qarqar yerli çay daşlarından Şərq üslubunda tikilmişdir. Qiymətli tarixi-memarlıq abidəsi olan Malıbəyli məscidinin XVIII əsrdə tikilməsi ehtimal olunur. Doqquz künbəzli bu məscidin hündürlüyü 7 metr idi. Bu künbəzlər 4 böyük sal daş sütunların üzərində qurulmuşdu. Sütunları oyma naxışlıdır. Məscidin künbəzləri bişmiş kərpicdən hörülmüşdür.

Məscidin sağ tərəfində 4, sol tərəfində isə 2 pəncərə var. Divarlara müxtəlif ornamentli yazılar həkk olunmuşdur. Yaraşıqlı sütunlar, divardakı oymalar mescidin geniş və hündür zalına xüsusi gözəllik verir.

Bu tarixi memarlıq abidəsindən sonralar anbar kimi istifadə olunmuşdur. Malıbəyli məscidi Qarabağda en qiymətli abidələrdən biri hesab olunur.

Nazim Tapdıqoğlu Qarabağın tacı Şuşam

Son xəbərlər