Facebook Pixel Code
GoMap XƏRITƏ
Kərbəlayi Ağabalabəy məscidi
Baxış sayı:
  • Ünvan:
    Mövsüm Bəydəmirov, Bakı, Suraxanı, AZ1043
Avtobus
Məscid Bulbülə kəndində tikilib. İnşa tarixi XIX əsrə aiddir. Kişilər şöbəsinin sahəsi 12x14 metr, qadınlar şöbəsi (hər iki mərtəbədə birlikdə) 100 m2 - dir. Kərbəlayı Ağabalabəy məscidi XIX əsrdə Ağabalabəy tərəfindən inşa edilib. Bu, məscidin giriş qapısının qarşısındakı eyvanın tağının üstündə olan lövhədə qeyd olunub. Məscidin həyəti daş plitələrlə döşənib. Həyətdə yardımçı otaqlar da yerləşib. Məscid iki hissədən-kişilər və qadınlar şöbəsindən ibarətdir. Qadınlar şöbəsi iki mərtəbədə yerləşib. Kişilər şöbəsinin divarlarında Quran ayələri yazılıb. Məscidin döşəməsindən tavanadək hündürlüyü 6 metr, günbəzədək isə 10 metrdir. Günbəzin diametri 4 metrdir və ona səkkiz pəncərə qoyulub. Minbər taxtadan düzəldilib və şəbəkə ilə işlənib. Minbərdə ərəbcə yazılar vardır.
Son xəbərlər