Məscid Astara rayonunun Ərçivan kəndinin qəbristanlığındadır. İnşa tarixi dəqiq məlum deyil. İç sahəsi 22x6 metrdir. Divarları bişmiş kərpiclə hörülüb. Məscid iki hissəyə - qadınlar və kişilər şöbəsinə bölünür. Qadınlar şöbəsi iki mərtəbədən ibarətdir. Qadınlar şöbəsinin ayrıca giriş qapısı var. Məscidin döşəməsi qırmızı kərpic, tavanı isə taxtadandır. Mehrabı sadə formaya malik olub, hündürlüyü 3 metrdir. Minbəri taxtadandır və yeddipilləlidir. Minbər 1984-1985-ci illərdə düzəldilib. Məscidin həyətində Hüseyniyyə binası da (16x5 metr) yerləşib.
Sovetlər dövründə anbar, hal-hazırda məscidin axundunun oturduğu otaq isə kitabxana kimi istifadə olunub. Hüseyniyyə binası isə anbar, kitabxana və idarə kimi istifadə olunub.
1990-cı ilə qədər məsciddə bərpa işləri aparılmışdır. Bundan sonra məscid və Hüseyniyyə fəaliyyətə başlayıb.
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası