Facebook Pixel Code
GoMap XƏRITƏ
Göy məscid (Zabrat qəsəbə məscidi)
Baxış sayı:
  • Ünvan:
    Cəlil Cəlilov, Bakı, Sabunçu, AZ1104
  • Telefon:
    (+994 55) 761-70-83 (Həsənov Raif İbrahim)
Avtobus
Məscid Bakının Zabrat kəndində yerləşib. XIX əsrdə inşa edilib. İç sahəsi 12x15,5 metrdir. Zabrat kənd məscidi yonulmuş mişar daşından tikilib. Həyətyanı sahəsi daş plitələrlə döşənib. Divarların qalınlığı 1 metrdir. Məscidin döşəməsi də daş plitədəndir. Əsas ibadət zalında baş pəncərə qoyulub. Mehrab yonulmuş daşlarla işlənib və mərkəz hissədə yerləşib. Minbər səkkizpilləlidir və taxtadan düzəldilib. Məscidin qadınlar şöbəsi kişilər şöbəsindən taxta hasarla ayrılıb. Tavan dörd sütun üzərində dayanıb. Sütunlar on iki tağla bir-birinə birləşib. Döşəmədən tavanadək hündürlüyü 7 metr, döşəmədən günbəzədək isə 11 metrdir. Günbəzin diametri 4,5 metrdir və onda səkkiz pəncərə qoyulub. Məscidin bir neçə yerində kitabə həkk olunub. Kitabələrin biri məscidin tarixi haqqında məlumat verir. Bu məscid yerli kənd sakini Hacı Tağı tərəfindən tikilib. Sovetlər dövründə bura anbar, fabrik, əmanət kassası və başqa məqsədlərlə istifadə olunub. 1990-cı illərdə onun fəaliyyəti bərpa olunub, habelə təmir edilərək abad vəziyyətə salınıb.
Son xəbərlər