Facebook Pixel Code
GoMap XƏRITƏ
Ömər Əfəndi məscidi
Baxış sayı:
  • Ünvan:
    Mirzə Fətəli Axundzadə, Şəki, AZ5503
  • Telefon:
    (+994 55) 718-90-60 (Əhmədov Əli Abdurrəşid)
Avtobus

Ömər Əfəndi məscidi - Məscid Şəki şəhərinin Axundov prospektində yerləşir. XIX əsrin əvvəllərində yerli sakin Ömər Əfəndi tərəfindən tikilmişdir. Həyətyanı sahəsi 15x35 metr, iç sahəsi 15x7 metrdir.Ömər Əfəndi məscidi çaylaq daşı və bişmiş kərpiclə tikilmişdir. Damının örtüyü dəmirlə işlənmişdir. Minarəsi də bişmiş kərpicdən ucaldılıb və dəyirmi formaya malikdir. Minarənin hündüriüyü 14 metrdir. Məscidin döşəməsi və tavanı taxtadandır. Məscidin minbəri də taxtadan olub, çox nəfis şəkildə işlənmişdir. Mehrabın hündürlüyü 3 metrdir və nəbati ornamentlə işlənmişdir. İbadət zalında 14 pəncərə qoyulmuşdur. Məscidin əsas ibadət zalının ön tərəfində daha böyük bir ibadət zalı yerləşmişdir. Onun sahəsi 16x5 metrdir. Buranın 45 kvadrat metri qadınlar üçün, digər hissəsi isə dəhliz kimi istifadə edilir. Məscidin giriş qapısının ön açıqşəkilli eyvan yerləşmişdir.Ömər Əfəndi məscidi özünün ilkin variantını qoruyub saxlamışdır. Sovetlər dövründə bu məsciddən anbar kimi istifadə edilmişdir. 1950-ci ildən sonra məscidin fəaliyyəti bərpa olunmuşdur. 1986-cı ildə məscid təbii fəlakət nəticəsində yanmışdır. 1987-ci ildə Şəki Cümə məscidinin imamı Hacı Səlim Əfəndinin rəhbərliyi və yerli camaatın maliyyə vəsaiti ilə təmir edilmişdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər