Facebook Pixel Code
GoMap XƏRITƏ
Sahibəz-Zaman məscidi
Baxış sayı:
Avtobus
Məscid Buzovna qəsəbəsində inşa edilib. İnşa tarixi XVII əsrə aiddir. İç sahəsi 125 kv.metrdir. Sahibəzzaman məscidi düzbucaqlı formaya malikdir. Damı şiferlə örtülüb. Yerdən tavanadək hündürlüyü 4 metr, yerdən günbəzədək 7,8 metrdir. Günbəzin diametri 3,5 metrdir. Günbəzdə üç pəncərə qoyulub. Bu məscid də başqa məscidlər kimi, sovetlər dövründə bağlı qalıb. 1991-ci ildə burada təmir-bərpa işləri aparılmış və məscidin fəaliyyəti bərpa edilmişdir. Məscid Abbasqulu ağa Bakıxanovun ana babası Hacı Məlik Məmmədxan Hacı Əmir Məhəmməd oğlu tərəfindən tikilib.
Son xəbərlər