Facebook Pixel Code
GoMap XƏRITƏ
Zəvəro məscidi
Baxış sayı:
  • Ünvan:
    İsmayıllı, AZ3123
Avtobus

Məscid İsmayıllı rayonunun Lahıc qəsəbəsinin Zəvaro məhəlləsindədir. 1805- ci ildə inşa olunub.

Məscid yerli camaat tərəfindən tikilmişdir və öz ilkin görkəmini qoruyub saxlayıb. Formaca dördbucaqlı olan bu məscid çaylaq daşı ilə inşa olunub. Minarəsi ağ dəmir təbəqə ilə işlənmişdir. Minarə damın üstündə yerləşib, onun hündürlüyü 5 metrdir. Məscid hündürlüyü 1 metr olan səki üstündə inşa edilib. Giriş qapısı tərəfdə - divarda daş kitabələr həkk oiunub. Damının örtüyü ağ dəmir təbəqədəndir.

Sovetlər dövründə məscid Mədəniyyət evi kimi istifadə olunub. 1980-ci illərin axırlarında Mədəniyyət evi ləğv edilib və məsciddə təmir işlərinə başlanıb.

Azərbaycan Respublikası muzeylərinin ensiklopediyası

Son xəbərlər