Facebook Pixel Code
GoMap XƏRITƏ
İki günbəzli məscid
Baxış sayı:
  • Ünvan:
    Molla Pənah Vaqif, 21, Bakı, Suraxanı, AZ1049
Avtobus
Məscid Əmircan kəndinin Vaqif küçəsində tikilib. İnşa tarixi 1908-ci ilə aiddir. Kişilər şöbəsinin sahəsi 14x14 metr, qadınlar şöbəsinin sahəsi 84 kv.metrdir. Məscidin memarı Zivər bəy Əhmədbəyov, ustası isə məşhur sənətkar Kərbəlayı Əhməd Səməd oğludur. Məscidin ikinci ustası isə Mirzə Məlik Abbasquludur. Murtuza Muxtar məscidinin giriş qapısının sol tərəfində "Murtuza Muxtar məscidi", sağ tərəfində isə həmin sözlər ərəb əlifbası ilə yazılıb. Məscid qoşa minarəyə malikdir. Minarələrinin hündürlüyü 47 metrdir. Hər iki minarənin blrinci şərəfəsinin aşağısında ərəbcə "Kəlmeyi-teyyubə" yazılıb. Mehrabın hündürlüyü 9 metrdir. Məscid dörd nəhəng tağ üzərində dayanıb. Divarlarının qalınlığı 1 metrdir. Bu tağlar sanki sütun rolunu oynayır və günbəz həmin tağların üzərində dayanıb. Günbəzin dairəvi hissəsinədək hündürlüyü 16 metr, yuxarı hissəsinədək isə 19 metrdir. Məscidin giriş qapısının hündürlüyü 6 metrdir. Qapıdan 3 metr yuxarıda mərmər üzərində iki kitabə həkk olunub. Orada belə yazılıb: "h.q.1317..." (XIX əsrin sonu - XX əsrin əvvəli) Məscidin həyətində Muxtarov Murtuza Muxtar oğlunun (1855-1920) qəbri yerləşib
Son xəbərlər