Dirçəliş, 1-ci döngə 13, Sabunçu, Balaxanı, Bakı, AZ1038
Telefon:
(+994 51) 908-00-05 (Dadaşov Ramin Rafiq)
Avtobus
Sosial şəbəkədə paylaşmaq
Məscid Bakının Balaxanı kəndindədir. Əsas ibadət zalının sahəsi 16x11 metr, qadınlar şöbəsinin sahəsi 11x9 metrdir. Həyətyanı sahəsi yaşıllıqlara qərq olub. Məscid binası və həyətində yüksək səliqə-səhman yaradılıb. Həyət daş plitələrlə Balaxanı kənd Cümə məscidinin ilkin variantında minarə olmamışdır. Hazırkı minarə yonulmuş sal daşlardan tikilib və 1995-1996-cı illərdə ucaldılıb. Məscidin qadınlar və kişilər şöbəsinin arakəsməsi taxta şəbəkə ilə işlənib. Mehrab nəbati ornamentlərlə bəzənib və üzərində səkkizguşəli ulduzlar işlənib. Minbər 1994-cü ildə düzəldilib və taxtadandır.Əsas ibadət zalının divarlarında "Fatihə" və "Bəqərə" surələrindən ayələr yazılıb. Məscidin içərisində qorunub saxlanan daş kitabədə 1290-cı il (XIX əsrin 70-ci illəri) tarixi həkk olunub. Bu məscid 1937-1989-cu illərdə mədəniyyət evi kimi fəaliyyət göstərib. 1989-cu ildən etibarən fəaliyyəti bərpa olunub.