Qarğalıq kənd məscidi - Məscid Xaçmaz rayonunun Qarğalıq kəndində 1948-ci ildə inşa edilib. Həyətyanı sahəsi 400 kv.metr, iç sahəsi 7x12 metrdir. Düzbucaqlı formadadır və damının örtüyü şiferdəndir. Döşəməsi torpaq, tavanı isə taxtadandır. Tavan 5 taxta sütun üzərində dayanıb. Minbəri taxtadandır və beşpilləlidir. Divarları çox sadə formadadır. Bir giriş qapısı və dörd pəncərəsi vardır. Qapı və pəncərələr taxtadandır. Məscid kənd camaatı tərəfindən tikilib. Sovetlər dövründə anbar kimi istifadə olunub.
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası