Əbu Bəkr məscidi — 1997-ci ildə Bakı şəhərində, səhabə və ilk xəlifə olmuş Əbu Bəkr ibn Osmanın şərəfinə inşa edilmiş məscid.
Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edilmişdir. Azərbaycanın ən böyük sünnə məscidi sayılır. Cümə günləri məscidi 6 min insan ziyarət edir. Məscidin imamı Qamət Süleymanov tərəfindən xütbələr oxunur. Məsciddə ərəb dili, Quran təfsiri, hədis və islam əqidəsi tədris olunur. Ramazan ayında iftar süfrələri açılır və Təravih namazı qılınır.
Məsciddə qadınlar üçün ayrıca bölmə bardır. Məscid yaxınlığında isə islam ədəbiyyatı, geyimləri və parfumeriyası satılan dükan vardır.