Məscid Nardaran kəndinin Ağa məhəlləsində yerləşir. Hicri-qəməri təqvimi ilə 1317-ci ildə tikilib (XIX əsrin sonu XX əsrin əvvəli). Kişilər üçün ayrılmış sahə 170 m2, qadınlar üçün nəzərdə tutulmuş sahə 60 m2-dir. Məscid düzbucaqlı formadadır. Divarlar yonulmuş sal daşlardan tikilib. Fasad tərəfdən divarlara suvaq çəkilməyib. Tavan dörd böyük sütun üzərində dayanıb. Sütunlar tağlarla bir-birinə birləşib. Yerdən tavana qədər hündürlüyü 6 metr, yerdən günbəzədək hündürlüyü 9 metrdir. Günbəzdə dörd pəncərə vardır. Minbər daşdan düzəldilib və çox nəfis şəkildə işlənib. Məscidin minarəsi (hündürlüyü 16 metr) yarımçıqdır. Ağa məscidinin kişilər və qadınlar şöbəsi mərtəbədə yerləşib. İkinci mərtəbədə isə mədrəsədir. Bu məscid Şıx Ağa tərəfindən tikdirilib. Sovetlər dövründə (1937-1987) anbar kimi istifadə olunub. Sonralar məscidin fəaliyyəti bərpa olunub