Məscid 1801-1802-ci illərdə Qazax rayonundan köçüb gəlmiş tayfa üzvləri tərəfindən tikilmişdir. Tədricən Gəncədə məskunlaşan və özlərinin məhəllələrini salan bu yerdə məscidlərini də inşa etmişlər. Qazaxlar Məscidi 1886-cı ildə Cümə Məscidinin planı əsasında inşa edilib. Məscidin hansı sənətkar tərəfindən tikildiyi məlum deyildir. Məscidin bünövrəsi çay daşından, mürəkkəb məhluldan ibarətdir. Xarici və daxili divarları çay daşı, bişmiş, qırmızı kərpiç və gil məhluldan hazırlanmışdır. Bütün divarların dərinliyi 12-20 sm, hündürlüyü 1,5 metrdir. Məscidin döşəməsi də kərpiclə hörülmüşdür. Cümə Məscidində olduğu kimi, Qazaxlar Məscidində də üç giriş qapısı vardır. Əsas giriş dərin tağlı keçidin içərisindədir. İki köməkçi giriş isə fasadın sağında və solunda yerləşir. Məscidin on üç ədəd taxta pəncərəsi, bir ədəd pilləkəni vardır, icərisində iki tərəfdə taxta vardır. Gün çıxan tərəfdə isə əvvəllər gəcdən işlənmiş naxışlar olunmuşdur. Məscidin içəri divarı gəclə suvanıb, lakin bu divarlarda heç bir yazı və naxış işləri yoxdur. 1920-ci ildə Gəncə ruslar tərəfindən yenidən işğal edildikdən sonra məsciddən dini məqsədlər üçün istifadə edilməsi uzun müddət qadağan edildi. Buradan anbar məktəb və s. məqsədlər üçün istifadə edildi. Son illərdə Azərbaycan öz müstəqilliyini qazandıqdan və islam dini həqiqi qiymətini aldıqdan sonra şəhərin Təbriz küçəsində yerləşən bu abidə yenidən dindarların istifadəsinə verilmişdir. Hazırda bu abidədən məscid kimi istifadə olunur.
http://313news.net/forum/index.php?/topic/2020/page__mode__threaded__pid__30126