Facebook Pixel Code
GoMap XƏRITƏ
Məşədi Dadaş məscidi
Baxış sayı:
  • Ünvan:
    Ağadadaş Qurbanov, Bakı, Nəsimi, AZ1065
  • Telefon:
    (+994 12) 596-82-98, (+994 50) 331-46-52
Avtobus

Bir çox məscidlər kimi bu məscid adı onu tikən insanın - Məşədi Dadaşın adı ilə bağlıdır. XVIII əsrdə tikilən məscid təkiyyə məqsədi ilə tikilib (təkiyyə-İmam Hüseyn məclisləri təşkil olunan yer). Sonradan məscid kimi fəaliyyətə başlayıb. SSRİ dövründə zaman-zaman anbar, kitabxana, klub kimi işlədilib. Müstəqillik əldə edildikdən sonra yenidən fəaliyyətə başlayıb. 1990-cı ildə məscidin dini icması Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Məscid Bakı şəhərində Nəsimi rayonun “Kubinka” ərazində yerləşir. Ərazisinin kiçik olması bir sıra problemlər yaratmasına baxmayaraq, paytaxtın bir sıra yerlərindən bura kütləvi insan axını var. Məsciddə ianə qutusu yoxdur. İnsanlardan kütləvi şəkildə ianə yığılmır. Burada kəbin kəsilməsi, ölən şəxsin ruhuna “Yasin” oxutdurulması hər hansı qarşılıq tələb etmədən görülür. Məclislərə mollaların getməsi kimi xidmətlərə yol verilmir. Məsciddə dini tədris aparılsa da, bunun üçün xüsusi otaq yoxdur. Məsciddə “Quran” təfsiri, islam əxlaqı ilə bağlı vaxtaşırı dərslər olur. Müəyyən qədər şərait məhdudiyyəti çətinliklər yaradır. Həmçinin məscidin sahəsi bura gələn insanların sayına adekvat deyil. Tanınmış iliahiyyatçı Hacı Şahin Həsənli bu məscidin imam-camaatıdır.

Son xəbərlər