Facebook Pixel Code
GoMap XƏRITƏ
Qax şəhər Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    28 May, Qax, AZ3400
  • Telefon:
    (+994 50) 344-44-24 (Sadıqov Novruz Ramazan)
Avtobus

Məscid Qax şəhərinin mərkəzində yerləşib. Giriş qapısının sol tərəfində divarda oyma üsulu ilə daş kitabə həkk olunmuşdur ki, bu da məscidin hicri-qəməri təqvimi ilə 1220-ci ildə tikildiyini göstərir (XIX əsr). Həyətyanı sahəsi 700 kv.metr, əsas ibadət zalının sahəsi 20x10 metrdir.

Qax şəhər Cümə məscidinin həyətyanı sahəsi yaşıllıqlar içərisində olub, daş hasara alınmışdır. Məscid formaca dördbucaqlıdır. Dam örtüyü qırmızı kirəmitlə işlənmişdir. Minarəsi dəyirmi formada olub, bişmiş kərpiclə işlənmişdir. Hündürlüyü 16 metrdir. Minarəsi hicri-qəməri təqvimi ilə 1288-ci ildə ucaldılmışdır (XIX əsr). Minarənin üstündə aypara və beşguşəli ulduz rəmzi qoyulmuşdur.

Məscidin üç giriş qapısı vardır. Dördbucaqlı formada olan qapılar taxtadan düzəldilib. Məscidin giriş qapısı tərəfdə eyvan yerləşmişdir. Döşəməsi bişmiş kərpic, tavanı isə taxtadandır. Eyvanın sahəsi 2x16 metrdir. Məscidin əsas ibadət zalının hündürlüyü 4 metrdir. Tavanı taxtadan olub, dördbucaqlı formadadır. Tavan altı taxta sütun üzərində yerləşmişdir. Mehrabı çox sadə formadadır, hündürlüyü 3 metrdir. Minbəri taxtadandır, yeddipilləlidir.

İbadət zalında 16 pəncərə qoyulmuşdur. Pəncərələr taxtadan düzəldilərək şəbəkə və rəngli şüşədən işlənmişdir.

Məscid sovetlər dövründə anbar və muzey qismində istifadə edilmişdir. 1990-cı ildən etibarən bərpa olunmuş və məscid kimi istifadəyə verilmişdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər