Facebook Pixel Code
GoMap XƏRITƏ
Həzrəti Zəhra məscidi
Baxış sayı:

Həzrəti Zəhra məscidi - Məscidin təməlini 1992-ci ilin “Qurban bayramı” günündə, Sarbanlar məhəlləsindəki mərhum Miriş Ağanın həyətində, İranın Urmiyəli inşaatçıları tərəfindən qoymuşlar. XVIII əsrin axırlarında müqəddəs Əshabi-Kəhf mağarasını ziyarətə gəlmiş İraqlı zəvvarlar arasında Miriş Ağa adlı mömin şəxs (onun ismi Əl Miriş İbn Əbdüllah olmuşdur) Naxçıvan şəhərində ailə qurub yaşamışdır. 1898-ci il tarixində Miriş Ağanın ailəsində Cəfər adlı bir uşaq anadan yetim doğulur. Körpənin qayğısı ilə əvvəlcə xalası sonradan dayısı məşğul olaraq onu şəhərdəki ruhani mədrəsəsində tərbiyələndirmişlər. Cəfər 5 yaşına çatanda atası da dünyadan köçməklə valideyinlərindən yetim qalmışdır. Quranı avazla oxuyan Cəfəri, dayısı şəhərdəki rus-tatar məktəbinə qoymuş və burada ibtidai sinfi bitirməklə onu Təbrizdəki yeddisiniflik məktəbdə oxutdurmuşdur. Təbrizdəki məktəbi bitirən Cəfəri dayısı Naxçıvana gətirərək Mirişli soyadı ilə “Zikr” məktəbinəqəbul etdirmişdir. 1918-ci ildə şəhərdəki mədrəsədə müəllim işləyən Cəfəri 20 yaşında gənc ikən dövlət işinəgətirirlər. Həmin illərdə Naxçıvanda yaradılmış Araz (Türk) Respublikasının Dövlət Baş Nazirliyinin maarif və mənəviyyat şöbəsinin müvəkkili olmuşdur. Cəfər ağa Mirişli pedaqoji və dövlət məmurluğunu işləməklə cümə günlərində də, məsciddə xütbə oxuyaraq oradakı tələbə yataqxanasında rayon və kəndlərdən gəlmiş tələbələrə tərbiyyəçilik etmişdir. Böyük İnsan, mömin pedaqoq, dövlət xadimi olmuş Mir Cəfər Mirişli 1979-cu ildə 81 yaşında dünyadan köçmüşdür.

1962-ci ilin 29 noyabr tarixində Mir Cəfər müəllimin ata evinin söküntüsünə başlayırlar. Burada bir neçə möcüzəvi hallar baş vermişdir; Söküntü aparan buldozerin sürücüsü maşınında keçindiyindən işləri yarımçıq qoymuşlar. 1977-ci ilin əvvələrində həmin yerdə yenidən tikinti işlərinə başlamışlar. Ekskavatorun çalovu böyük qaya parçasına ilişməklə polad məftilləri qırılmışdır. Hadisədən sonra işlər yenə də yarımçıq qalmış, on il keçəndən sonra burada “Səadət sarayı” binasını tikmək istəmişlər. İşin təməlini qoyarkən yeraltı təkan olmuş, qorxudan bir neçə fəhlə ruhi sarsıntı keçirməklə şikəst olmuşlar. 1992-ci ilin Qurban bayramı günündə yarımçıq qalmış tikinti meydançasında-mərhum Miriş Ağanın ocağında Naxçıvan MR Ali Məclisinin sədri cənab H. Əliyevin iştirakı ilə məscid binasının özülü qoyulmuşdur. Ümumi sahəsi 1400 kvadrat metr olan məscid binası iki mərtəbəli və qoşa minarəli tikilmişdir. Minarələrin hündürlüyü 31 metrdir, bişmiş kərpiclə hörülərək üstü minalı kaşılarla üzlənmişdir. Məscidin üzü şimal səmtinə olmaqla birinci mərtəbədə yardımçı otaqlar, ikinci mərtəbədə isə kişi və qadınların ibadət salonu tikilmişdir. Geniş salonunun ortasından qara pərdə kümbəzin içərisindən isə böyük elektrik çilçırağı asılmışdır. Məscidin portal darvazasında yuxarıdan ərəb və azəricə “Həzrəti Zəhra məscidi” sözləri yazılmışdır. Binanın kümbəzi ilə yan divarlarında Qurandan sözlər yazılaraq bəzədilmişdir. Kümbəzdə ərəbcə “Allahu Əkbər” (Allah təkdir) sözləri yazılmış, həyətdəki hovuzlarda əlvan balıqlar saxlanılır, həyətyanı sahədə isə dekorativ bəzək kolları əkilib. Məscidin həyətində qaya parçası üzərində latın qrafikası ilə yazılı lövhə vardır. Qaya üzərindəki yazı belədir: “Heydər məscidi”. 1999-cu ilin 10 noyabr tarixində məscid bərpadan sonra öz qapılarını Naxçıvanlı möminlərin üzünə açmışdır. http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950

  • Ünvan:
    İslam Səfərli, Naxçıvan, AZ7000
Avtobus
Son xəbərlər