Facebook Pixel Code
GoMap XƏRITƏ
Mir Mövsüm Ağa məscidi
Baxış sayı:
  • Ünvan:
    Almas İldırım, Bakı, Xəzər, AZ1150
Avtobus

Ziyarətgah Bakının Şüvəlan qəsəbəsində, yolun sağ tərəfində qəbristanlıqda yerləşib. Adından da göründüyü kimi, ziyarətgah-bina Mir Mövsümağanın qəbri üzərində 1992-1994- cü illərdə inşa edilib. Ziyarətgah dəhliz və sərdabə hissədən ibarətdir. Sərdabə hissəsində Mir Böyükağa Mir Əbutalıb oğlu Mir Mövsümzadənin (1883-1950) və bacısı Səkinə xanım Mir Əbutalıb qızı Mir Mövsümzadənin (1885-1948) qəbrləri yerləşir. Onun qardaşı Mir Kazım Mir Əbutalıb oğlu Mir Mövsümzadənin (1886- 1960) qəbri isə çöl tərəfdədir.

Mir Mövsümağa ziyarətgahının sərdabə hissəsinin iç sahəsi 12x4,5 metr olub, giriş və çıxış qapıları qoyulmuşdur. Qəbirlərin yerləşdiyi sərdabənin hündürlüyü isə 10 metrdir. Sərdabə başdan-başa güzgülərlə işlənib.

Ziyarətgahda möminlərin ibadəti üçün məscid, habelə kimsəsiz uşaqlara yardım məqsədilə yeməkxana tikililmişdir. Buradakı bütün tikinti işləri, ümumiyyətlə, ziyarətgahın öz işçiləri tərəfindən həyata keçirilir. Tikintiyə sərf olunan vəsait isə bilavasitə ziyarətgaha gələn insanların nəzir-niyazları hesabına əldə edilir.

Abşeronda Mir Mövsümağa qədər məşhur seyid olmamışdır.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər