Facebook Pixel Code
GoMap XƏRITƏ
Hacı Qiyasəddin məscidi
Baxış sayı:

Hacı Qiyasəddin məscidi - Qarabağın zaman etibarı ilə qədim məscidlərindən biri də Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapmışdır. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-84-cü ilə uyğundur. Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilmişdir. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmamışdır. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir.

http://karabakh-doc.azerall.info/ru/articls/artc124az-35.php

  • Ünvan:
    Füzuli-Cəbrayıl-Mahmudlu yolu, Füzuli, AZ1900
Avtobus
Son xəbərlər