Facebook Pixel Code
GoMap XƏRITƏ
Məscid
Baxış sayı:
  • Ünvan:
    Culfa, AZ7220
Avtobus

Culfa rayonunun Milax kəndi ərazisində XIX əsrə aid memarlıq abidəsidir. Möhrə və çiy kərpicdən tikilmiş məscid uçduğundan XX əsrin sonlarında daş və kərpic materialı ilə yenidən inşa olunmuşdur. Planda kvadrat formaya (sahəsi 134 m2) yaxın olan məscidin ibadət zalı iki sıra sütunla üç yerə bölünmüşdür. İbadət zalının hündürlüyü 6 m-dir. Məscidin böyük girişi, eyvanı, cənub tərəfindən, kişilərə maxsus zala açılır. İbadət zalının cənub divarında hündür və ensiz sivri tağ formalı mehrab taxçası yerləşdirilib. Məscidin daxili divarlarından çıxarılmış konsollar üzərində yerləşdirilmiş eyvan (eni 1.4 m) qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Qadınların ibadət yerinə məscidin cənub tərəfində inşa olunmuş eyvanından daxil olmaq mümkündür. Məscid salonun cənub, şərq və qərb divarlarında yerləşdirilmiş ensiz pəncərələr (0,8 x 0,8 m) vasitəsilə işıqlandırılır. Cənub divarında qoyulmuş kvadrat formalı taxça var. Məscidin bərpası zamanı ona diametri 1,2 m olan minarə əlavə edilmişdir.

Naxçıvan abidələrinin ensiklopediyası

Son xəbərlər