Facebook Pixel Code
GoMap XƏRITƏ
Pirqəmiş məscidi
Baxış sayı:
  • Ünvan:
    İ.Məmmədov, Naxçıvan, AZ7000
Avtobus

Pirqəmiş məscidi - Naxçıvan şəhərindəki Pirqəmiş məscidinin yaranması tarixi VIII əsrə aid edilir. Belə deyirlər ki, Naxçıvanda İslam dinindən öncə İraq əcəmi vilayətələrindən bir nəfər qələndər (tərki dünya) gələrək, indiki məscid yerində özünə daxma tikmiş və tənha ömür sürmüşdür. Qələndər öldükdən sonra, adamlar mərhumun cənazəsini adət üzrə daxmasında böyük saxsı küpədə dəfn etmişlər. (İslamdan öncə İnsan cəsədləri adətən Zərdüşt qanunlarına görə, günahkarlar yandırılar, günahsızlar isə böyük küplərdə torpağa basdırılarmış. ) Baxımsız qalan daxma uçub-tökülür, yeraltı sular ətrafda sıx qəmişlik bitirir. Atəşpərəst əhali, bayram günlərində bivaris qələndərin (daxması) “məzarı” yanında tonqal qalayaraq (Avesta” kitabındakı atəşbazlıq, Zərdüşt dinin əsasını təşkil edirdi. Həmin dinin bir neçə təriqət formaları Hindistanda qalmaqdadır) oranı ziyarətgaha çevirmişlər. Zaman keçir, qələndərin adı unudulur, yalnız xalqın yaddaşında ziyarət yeri kimi “pirqəmiş” olaraq qalmışdır. IX əsrdə Naxçıvan torpaqlarını Ərəb xilafəti ələ keçirmişdir. Onlar Azərbaycanda yeni yaranmış İslam dinini təbliğ etməklə atəşpərəstliyi qadağan etmişlər. Naxçıvandakı Pirqəmiş məscidi ərəblər tərəfindən tikilmiş ilk tarixi ziyarətgahdır. Ərəb əmirləri, zavallı qələndərin məzarı yanında (Məzar 1950-ci ilədək məscidin həyətindəki tut ağacının yanında idi.) məscid binası qurmuşlar. Həmin dövrlərdə məscid gil kərpiclə hörülərək zaman-zaman bərpa olunmuşdur. Həmin bina düzbucaqlı şəkildə tikilərək hündürlüyü 5, eni 20 və uzunluğu 30 metr ölçüsündə olmuşdur. Divarlar samanlı gillə suvanaraq, içəridən tavana (üst örtüyə) dayaq tirləri qurularaq üstü torpaqla örtülmüşdür. Məscidin bir qapısı, iki pəncərəsi, mehrabı, minbəri və içəridən dama qalxmaq üçün daşdan hörülmüş pillələri olmuşdur. XX əsrin ortalarınadək Pirqəmiş məhəllə məscidi möminlərin ibadətxanası olmuşdur. Məscidin həyətində əkilmiş qocaman tut ağacından ehtiyacı olanlar ehsan kimi istifadə etmişlər. 60-cı illərdə şəhərdəki məhəllə məscidləri bağlandıqlarından, Piqəmiş məscidində gecələr (Məhərrəm ayı ərəfəsində) bir nəfərin ibadət etməsinin şahidi olmuşlar. Həmin “möcüzəvi” əhvalatdan sonra yerli rəhbərlərin göstərişi ilə şəhərdəki məhəllə məscidləri uçurdulmuşdur. Xərabə məscid yerində ictimai bina tikmək istəyirlər. Torpaq qazılan yerdən içərisində İnsan sümükləri olan saxsı küp tapılmışdır (həmin küp tarix müzeyində saxlanılır).Naxçıvan şəhərindəki Pirqəmiş məscidinin əsaslı təmir və yenidənqurma işlərindən sonra Həzrəti Fatimeyi Zəhranın doğum günündə istifadəyə verilməsi dini dəyərlərimizə hörmət və ehtiramın ifadəsinə çevrilmişdir. Aparılan təmir və yenidənqurma işlərindən sonra binanın həm xarici, həm də daxili yeni görkəm almışdır. Məsciddə bərpa və tərtibat işləri klassik Şərq üslubunda həyata keçirilmiş, incə memarlıq nümunələri öz əksini tapmışdır. Birinci mərtəbədə 4 zal, 2 mətbəx otağı istifadəyə verilmişdir. Köhnə taxta pəncərələr plastik materialdan ibarət pəncərələrlə əvəz edilmiş, mətbəxlər müasir şəraitə uyğun şəkildə avadanlıq və qab –qacaqla təmin olunmuşdur. Zala və mətbəxlərə 220 ədəd stul, 62 ədəd stol, 6 ədəd samovar, 2 ədəd soyuducu qoyulmuş, salon və otaqlarda havatəmizləyici qurğular quraşdırılmışdır. İkinci mərtəbədə 6 zal, 4 otaq yaradılmışdır. Eyni vaxtda kişi və qadınların ibadət etməsi üçün salon mebel arakəsmə ilə ortadan ayrılmışdır. Əsas ibadət salonundakı minbərə xitabət kürsüsü qoyulmuş, müasir səsləndirmə aparatları quraşdırılmış, döşəməyə “Namazgah” xalı salınmışdır. Tavandan yeni çilçıraqlar asılmış, divarlara şamdan formalı lampalar vurulmuş, mehrab və minbərin tərtibatında kaşı və mərmərdən istifadə olunmuşdur.

http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950

http://www.nakhchivan.az/portal-1/news/iyun-2010/news2.html

Son xəbərlər