Facebook Pixel Code
GoMap XƏRITƏ
Mamay məscidi
Baxış sayı:
  • Ünvan:
    Aslan Qaraşarov, Şuşa, AZ5800
Avtobus

XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyni adlı məscidin baş fasadı nisbətən sadə və bağlı şəkildə həll olunub. Doğrudur bu məscidin də ikinci mərtəbəsində qadınların ibadəti üçün xüsusi zal var. Lakin həmin ibadət zalını işıqlandıran pəncərələr baş fasaddan deyil, yan terefden qoyulmuşdur. Ona görə də bina daxilindəki qadınlar üçün olan ikinci mərtəbə yalnız yan tərəfdən, yaxud məscidə daxil olandan sonra bilinir. Xaricdən isə baş fasadda bunu bildirəcək heç bir element yoxdur. Yerli təbii əhəng daşından tikilmiş bu həmin qapı baş fasadını üç pəncərə, bir giriş qapısı həmin qapı və pəncərələr üzərindən keçən relyefli xətt və bu xəttin üst tərəfində qoyulmuş daş kitabə bəzəyir. Burada qoyulmuş ümumi giriş qapısı qeyri-simmetrikdir. Qadınlar bölməsinə qalxmaq üçün isə məscidin arxa tərəfində xüsusi pilləkənlər quraşdırılmışdır. Bu pilləkənlərlə yalnız qadınlar zalına düşmək olar. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamay məscidinin dam örtüyündə azançı üçün “güldəstə” quraşdırılmışdır. Məscidin ibadət zalı dörd sütunla üç nefə ayrılır. Bu məısciddə pəncərələr binanın iki baş fasad və mehrab olan tərəfindən qoyulmuşdur. Binanın üçüncü, yəni arxa fasadında pəncərələrin qoyulmasına səbəb burada qadınlar bölməsinə çıxmaq üçün quraşdırılmış pilləkən qəfəsəsi olmuşdur.

Qarabağlı Rızvan Memar Kərbalayi Səfixan Qarabaği

Son xəbərlər