Facebook Pixel Code
GoMap XƏRITƏ
Yuxarı Gövhərağa məscidi
Baxış sayı:
  • Ünvan:
    Mir Həsən Vəzirov, Şuşa, AZ5800
Avtobus

Şuşanın mərkəzi meydanında öz gözəlliyi və əzəməti ilə seçilən Yuxarı Gövhərağa məscidi Kərbəlayi Səfixan tərəfindən 1864-cü ildə Gövhərağanın vəsaiti hesabına tikilmişdir. Səfixanın tikdiyi bu məscidin yerində bir neçə dəfə müxtəlif tikinti materialları ilə məscid tikilmiş və sonralar sökülmüşdür. Hələ Pənah xanın dövründə qarqu və qamışdan burada bir məscid tikilmişdi. Pənah xanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahim xan tərəfindən daşla inşa edilmişdir. Məscid minarəsiz kasıb görünüşə malik olmuşdur. Ola bilsin məhz məscidin bu görünüşü Gövhərağanı qane etməmiş və buna görə də həmin məscidi (XIX) tamamilə sökdürüb yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdir. Məscidin mərkəzindəki sivri uclu günbəz, çatma tağbəndli portal və onun yan tərəflərindəki eyni örtüyə malik olan taxçalar və qoşa minarələr bu məscidin ümumi siluetini səciyyələndirir. Məscidin ümumi hündürlük səviyyəsindən başlayaraq yuxarıya doğru getdikcə nazikləşən və sonra sabit silindrik formada son zirvəsindəki yüngül çardaq örtüyünə qədər qalxan hər iki minarənin gövdəsini rombvari həndəsi qurşaqlar bəzəyirdi. Həmin minarə çardaqlarının son zirvəsində quraşdırılmış aypara şəkilli ucluqlar məscidin mərkəzindəki günbəzin sonluğu ilə həmahənglik təşkil edirdi. Məscidin ibadət zalında iki tərəfli cərgə səkkizbucaqlı daş sütun düzülməklə onu üç hissəyə ayırmışdır. Sütunlar üzərində oturdulan oxvari tağlar və günbəzlər əvvəlki məscidlərin interyer sadəliyini davam etdirir. Yuxarı Gövhərağa məscidinin minarə kürsülüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhəng daşı ilə olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər Aşağı Gövhərağa məscidinin minarə bəzəklərilə uyğun deyildir. Minarələrin çardaq örtüyü ağac materialından quraşdırılmışdır. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir. Məscidin baş fasadındakı eyvan tağlarının sağ və sol tərəflərində üfüqi xətlərlə bölünmüş bir cüt perpendikulyar plyastr binanın daxili konstruksiya həllindən xəbər verməklə yanaşı, həm də bu tərəflərdən yüksələn alabəzək minarələrin kürsülüyü kimi baxılır. Çal mərmərə bənzər yerli daş materialı ilə inşa olunan Yuxarı Gövhərağa məscidi bir cüt alabəzək minarəsi ilə daha əzəmətli və möhtəşəm görünür. Hər bir minarənin daxilinə səksən beş ədəd pilləkən vintvari şəkildə yerləşdirilmişdir ki, bu da onun çardağına çıxmaq üçün nəzərdə tutulmuşdur. Buranın işıqlanması üçün on bir ədəd yarıq şəkilli pəncərə qoyulmuşdur. Mənbələrdən aydın olur ki, həmin minarələr üzərindəki naxışları və ibadət zalının digər bəzək işlərini Mir Möhsün Nəvvab işləmişdir. Məscidin baş fasadındakı incə relyefə malik çiçək naxışları və haşiyələnmiş kitabələr də xüsusi zövqlə işlənmişdir. Nəstəliq xəttilə qabarıq şəkildə daşa həkk olunmuş fars dilindəki həmin kitabələrdən biri də məscidin tikilmə tarixini təsdiq edir. Bu xonçaşəkilli kitabədə “Qarabağlı memar Kərbəlayi Səfixanın işidir. H.t. 1301-m.t. 1883-84-cü illər-R.B.” sözləri yazılıb.

Istər Yuxarı, istərsə də Aşağı Gövhərağa məscidləri tarixən “Aşağı məscid”, “Yuxarı məscid”, “Böyük məscid” (Yuxarı Gövhərağa məscidi), yaxud da “Cümə məscidləri” kimi adlanmışlar. Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidləri Şuşada cümə məscidi kimi məşhur olublar. Şuşa qalasında Gövhərağanın adını daşıyan iki məscidin tikilməsi eyni məzhəbin fərqli cərəyanlarına mənsub insanlara ibadət üçün şərait yaratmaq məqsədi güdüb. Bu məscidlər arasında məsafə bir-iki yüz metrdir.

http://zarintac.blogspot.com/2010/03/azan-ssin-hsrt-qalms-mscid.html

Son xəbərlər