Facebook Pixel Code
GoMap XƏRITƏ
Çöl-Qala məscidi
Baxış sayı:
  • Ünvan:
    Fatma xanım Kəminə, Şuşa, AZ5800
Avtobus

XIX əsrdə Şuşanın Çölqala məhəlləsində tikilmiş məscid minarəsizdir. Bu məscidin ümumi girişi baş fasadda qeyri-simmetrik yerləşdirilmişdir: Aynabəndli eyvanı olan ikimərtəbəli məscid ilk baxışdan dəbdəbəli yaşayış evini xatırladır. Lakin məscidin xarici görünüşündən fərqli olaraq onun daxili konstruksiya həlli dini binaların ideyasına tabe edilmişdir. Səfixanın digər binalarında olduğu kimi bu məscidin də interyerini səkkizüzlü daş sütunlar bəzəyir. İbadət zalının mərkəzində yerləşdirilmiş həmin dörd ədəd daş sütun onu üç nüfə ayırır. Bu sütunlar zalın örtük konstruksiyası olan oxvari günbəzlərinə dayaqdır. Sütunlarla bir ox üzərində yerləşən daxili divar boyunca düzülmüş yarımsütunlar (plyastrlar) ümumi konstruksiya bitkinliyinə xidmət etməklə yanaşı həm də örtük üçün quraşdırılmış kənar günbəzlərdən düşən ağırlıq yükünü öz üzərinə qəbul etməklə məscidin ümumi divarlarına nisbətən bu ağırlıqdan xilas edir. Məscidin mehrabının əksi istiqamətində ibadət salonunun dərinliyində (ikinci qatda) qadınlar üçün açıq ibadət qalereyası inşa edilmişdir. Burada qadınlar bölməsinə daxil olmaq üçün ayrıca giriş qapısı və buranın işıqlanması üçün ayrıca pəncərələr quraşdırılmışdır. Ümumi zalın işıqlandırılması üçün isə birinci mərtəbə səviyyəsində üç tərəfdən pəncərələr düzülmüşdür. Bu da zalın kifayət qədər işıqlanmasına xidmət edir.

Qarabağlı Rızvan Memar Kərbalayi Səfixan Qarabaği

 

Son xəbərlər