Facebook Pixel Code
GoMap XƏRITƏ
Qəbələ məscidi
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Qəbələ, AZ3600
Avtobus

Məscid Qəbələ şəhərinin mərkəzində yerləşir. Bişmiş kərpic və çay daşından tikilən bu məscidin inşasına 1896-cı ildə başlanmış və 1906-cı ildə başa çatmışdır. İç sahəsi 42x20 metrdir. Məscidin günbəzi yoxdur, minarəsi isə dəyirmi formada olub, bişmiş kərpiclə işlənmişdir. Minarənin qübbəsi dəmir təbəqə ilə işlənib və səkkizguşəyə malikdir. Məscidin damının örtüyü də dəmir təbəqə ilə işlənib.

Məscid 1906-cı ildən 1921-ci ilə qədər fəaliyyət göstərmişdir. Bundan sonra o, anbar, kinoteatr, mədəniyyət evi, klub, məhkəmə və iclas zalı kimi istifadə olunmuşdur. 1983-cü ildə artıq məscidin binası çox bərbad vəziyyətə düşmüşdür. Elə həmin il məscid xüsusi olaraq Qəbələ ayon Tarix Diyarşünaslıq muzeyi üçün təmir edilməyə başlanmışdır. Təmir 1983-1985-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin Elmi - Bərpa istehsalat İdarəsi tərəfindən həyata keçirilmişdir. Bərpa üzrə layihənin müəllifi şəhərin baş memarı Azər Süleymanov olmuşdur. 1985-1986-cı illərdə Qəbələ rayonu Tarix Diyarşünaslıq Muzeyi bu binaya köçmüş. Təmir-bərpa işləri zamanı məscid əsaslı surətdə rekonstruksiya edilmişdir. Bərpa işləri Qəbələ Bərpaçı idarəsinin rəisi D.Bayramovun rəhbərliyi altında həyata keçirilib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər