Facebook Pixel Code
GoMap XƏRITƏ
Qum məscidi
Baxış sayı:
  • Ünvan:
    Qum, Astara, AZ0700
  • Telefon:
    (+994 50) 349-74-79 - Həsənov İlqar Yaqub
Avtobus

Məscid Astara rayonunun Qum küçəsindədir. Hicri-qəməri təqvimi ilə 1325- ci ildə inşa edilib. Həyətyanı sahəsi 1200 kv.metr, kişilər üçün nəzərdə tutulmuş ibadət zalının sahəsi 13x7 metrdir. Qadınlar şöbəsi isə üç hissədən ibarət olub, hər birinin ayrı-ayrılıqda sahəsi 7x4 metrdir.

Astara şəhər Qum məscidinin əsas binası bişmiş kərpicdən inşa olunub. İçərisi qum-sement məhlulu ilə suvanıb və əhənglə ağardılıb. Tavanı taxta və fanerdəndir. Döşəmədən tavana qədər 5,5 metrdir. Mehrabının hündürlüyü 4,5 metrdir. Minbəri taxtadandır və 5 pillədən ibarətdir. İbadət zalında beş tağvari pəncərə qoyulub. Məscidin əsas giriş qapısının üstündə daş kitabə həkk olunub. Orada məscidin inşa tarixi qeyd edilib. Belə ki, burada məscidin hicri-qəməri ilə 1325-ci il cəmadi əl-axər ayında tikildiyi göstərilib (XIX əsr). Məscidin həyətində yardımçı otaqlar yerləşib. Məscidin damının örtüyü qırmızı kirəmitdəndir. Məscidin güldəstə formasında olan günbəzi səkkizguşəli olub, şəbəkələrlə işlənmişdir. Həyətyanı sahə asfaltla döşənib. Məscid binası onun yerləşdiyi küçə camaatının vəsaiti ilə tikilib. Bundan başqa, onun tikintisinə H.Z.Tağıyevin də maddi yardım göstərdiyi qeyd olunur.

Sovetlər dövründə bu məscid bağlanmamış və bir çox məscidlər kimi, öz fəaliyyətini davam etdirmişdir. 1992-ci ildə burada təmir-bərpa işləri aparılıb.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər