Facebook Pixel Code
GoMap XƏRITƏ
Güllü məscidi
Baxış sayı:
  • Ünvan:
    Babək, AZ6719
Avtobus

Nehrəm kənd Güllü məscidi - Məscid Babək rayonunun Nehrəm kəndində tikilib. inşa tarixi hicri-qəməri təqviminə əsasən 1312-ci ilə (XIX əsrin sonları) aid olunur. Ümumi sahəsi 20x12 metrdir. Kəndin mərkəzi hissəsində yerləşən bu məscid kərpicdən tikilib. Məscidin minarəsi isə 1992-ci ildə ucaldılıb. Minarə dəmirdəndir və hündürlüyü 13 metrdir.Nehrəm kənd Güllü məscidi kvadrat şəklinə malikdir. Damı şiferlə örtülüb. İnteryer müxtəlif güllü ornamentlərlə işləndiyindən bu məscidə "Güllü məscid" deyirlər. Məscid başdan-başa həndəsi ornamentlərlə bəzədilib. Məscid iki hissəyə - kişilər və qadınlar şöbəsinə bölünüb. Burada 300 adam eyni zamanda ibadət edə bilər.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər