Facebook Pixel Code
GoMap XƏRITƏ
Qəriblər məscidi
Baxış sayı:
  • Ünvan:
    Məşədi Əzizbəyov, Bakı, Suraxanı, AZ1043
Avtobus

Məscid Bakının Bülbülə kəndinin Lahıclar məhəlləsindədir. 1988-ci ildən tikintisinə başlanıb. Sahəsi 12x11 metrdir. Qəriblər məscidinin divarları mişar daşı ilə hörülüb. Tavanı taxtadandır. Döşəmədən tavana qədər hündürlüyü 5 metrdir. Döşəmə daş plitə ilə döşənib. Dam dəmir təbəqə ilə örtülüb. Məscidin ikinci mərtəbəsində, əsas giriş qapısının sağ tərəfində inşa tarixi ərəb əlifbası ilə yazılıb. Mehrabda da daş kitabə həkk olunub. Orada "Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn" sözləri (ərəb əlifbası ilə) qeyd olunub.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

Son xəbərlər