Facebook Pixel Code
GoMap XƏRITƏ
Məhəmməd Sadiq İmamzadə məscidi
Baxış sayı:
  • Ünvan:
    Ruhulla Axundov, 7, Bakı, Suraxanı, AZ1043
Avtobus
Bu imamzadə Bakının Bülbülə kəndində yerləşir. Dağıdılmış, yerlə-yeksan edilmiş bu memarlıq abidəsi insanların iman gətirdiyi müqəddəs yerlərdən biridir. Bildirildiyinə görə, burada beşinci imam Məhəmməd Bağırın (ə) nəvəsi Məhəmməd Sadiqin məzarı olub. Hal - hazırda imamzadə kompleksindən yadigar qalan təkcə bir yazılı daşdır ki, o da Bakıda Qız qalası ilə üzbəüz açıq sərgidə nümayiş etdirilir. Ərəbcə gözəl süls xətti ilə yazılmış bu kitabədə deyilir: "Bu böyük abidənin tikilməsinə əzəmətli sultan Şah Abbas əl-Hüseyni vaxtında Şeyx Kamalın oğlu Şeyx Nəcməddin əmr etmişdir. 1033 (1623-1624)". İmamzadə kompleksi 4 binadan ibarət olub, müqəddəs imam övladının dəfn olunduğu düzbucaqlı plana malik türbə binasının tavanı qismən çatma, qismən isə günbəzlə örtülübmüş. Qəbrin üzərində daş sənduqə (2-10x0,73 metr) varmış. Türbənin şərq divarından açılan qapıdan daxil olunan 2-ci otağın planı düzbucaqlı imiş. Burada isə 3 qəbir varmış ki, imamın nökərləri dəfn olunubmuş. Hər iki türbə xalça ilə döşənmiş, qəbirlər örtüyə bürünmüş və ələmlərlə bəzədilmişdi. Türbənin şimal divarına bitişik məscid binası (8,77x9,55 m.) varmış. Məscidin tavanı 4 sütun və arkalar üzərində oturdulmuş günbəzlə örtülübmüş. Bülbülə imamzadəsinin türbə binasının əsası 12-13-cü əsrlərdə qoyulsa da, sonralar burada bəıpa və təmir işləri aparılıb. Nəhayət, onu da qeyd edək ki, bu imamzadə kompleksi 1937-ci ildə dağıdılıb.
Son xəbərlər