Facebook Pixel Code
GoMap XƏRITƏ
Hacı Nəriman məscidi
Baxış sayı:
  • Ünvan:
    Mirəsədulla Qafarov, Bakı, Sabunçu, AZ1037
Avtobus

Məscid Bakının Ramana kəndində hicri - qəməri təqvimi ilə 1320-ci ildə (XX əsrin əvvəli) inşa edilib. Həyətyanı sahəsi 170 kv.metr, əsas ibadət zalının sahəsi 120 kv.metrdir. Düzbucaqlı formada olub, bir mərtəbədən ibarətdir. Divarlarının qalınlığı 80 sm-dir. Tavan beton, döşəmə daş plitədəndir. Tavan dörd sütun üzərində dayanıb. Mehrabı əsas giriş qapısından sağ tərəfdə-ibadət zalının mərkəzində yerləşib və onun hündürlüyü 3 metr 20 sm-dir. Mehrab yonulmuş daşlardan, minbəri isə taxtadan işlənib. Bu məscid çox sadə konstruksiyaya malikdir. Burada xüsusi bir memarlıq üslubu nəzərə çarpmır. Nəriman məscidinin giriş qapısının üstündə onun tarixini göstərən daş kitabə vardır.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

Son xəbərlər