Facebook Pixel Code
GoMap XƏRITƏ
Hacı Qulaməli məscidi
Baxış sayı:
  • Ünvan:
    Nəsrullah Əsgərov, Bakı, Sabunçu, AZ1097
Avtobus
Məscid Nardaran kəndinin Qənbər məhəlləsində tikilib. İnşa tarixi hicri-qəməri təqvimi ilə 1310-cu ilə (XIX əsrin sonları) aid olunur. Sahəsi 10x12 metrdir. Məscidin divarları yonulmuş daşlardan hörülüb. Divarlar içəri tərəfdən qum-sement məhlulu ilə suvanıb. Döşəmədən tavanadək hündürlüyü 6 metr, döşəmədən günbəzədək 9 metr, günbəzin diametri 3 metrdir. Günbəzin və məscidin içərisi göy rənglə işlənib. Günbəzdə 4 pəncərə var. Hacı Qulaməli məscidi formaca düzbucaqlıdır. Damı qır və tolla örtülüb. Günbəz betondan olub, qum-sement məhlulu ilə suvanmışdır. Mehrabı divarın içərisindədir və nəfis şəkildə işlənib. Hacı Qulaməli məscidinin tavanı altı sütun üzərində dayanıb. Sütunlar tağlar vasitəsilə bir-birinə qovuşub. Tağların qovuşduğu yerdə-küplər qoyulub. İnteryer çox sadə olub, heç bir ornamentlə bəzədilməyib. Minbərin üstündə ərəb əlifbası ilə "La ilahə illəllah" sözləri yazılıb. Sovetlər dövründə (1937-1988) uşaq bağçası və anbar kimi istifadə edilib. Məscidin fəaliyyəti bərpa ediləndən sonra camaatın vəsaiti hesabına yenidən təmir olunub.
Son xəbərlər