Facebook Pixel Code
GoMap XƏRITƏ
Nizaməddin məscidi
Baxış sayı:
  • Ünvan:
    Əmir Nizaməddin, Bakı, Suraxanı, AZ1049
Avtobus
Məscid Bakının Əmircan kəndinin mərkəzində yerləşib. XIV əsrdə tikilən bu məscidin fasad hissəsi yonulmuş əhəng daşları ilə hörülüb və ağ rənglə işlənib. Məscidin 4 giriş qapısından 3-nün üstündə daş kitabələr həkk olunub. Yerli camaatın verdiyi məlumata görə, bu məscidin ibadət zalı əvvəllər kiçik olsa da, get-gedə böyüdülmüşdür. İndiki məscidin ibadət zalının iç sahəsi 24x6 metr, hündürlüyü isə 5 metrdir. Məscidin mehrabının hündürlüyü 2 metr olub, üstündə, bir neçə yerdə ərəbcə "Allah" sözləri yazılıb. Bundan əlavə, mehrabın üst hissəsindəki daş kitabə başıaşağı vəziyyətdədir. Yerli sakinlərin bildirdiyinə görə, bu, sonralar təmir zamanı ermənilər tərəfindən edilib. Məscidin divarlarının qalınlığı 1 metr, yerdən günbəzədək hündürlüyü 7,5 metrdir. Günbəzin diametri isə 6 metrdir. Məscidin minarəsi yoxdur, günbəzinin hündürlüyü fasad tərəfdən 1,5 metrdir. Qeyd edək ki, bu məscidin ustası Abbas Əli, məscid üzərindəki kitabələrin müəllifi isə Məhəmməd Tağıdır.Onu da bildirmək lazımdır ki, məscidin tarixi əhəmiyyəti olduqca böyükdür. Belə ki, bu memarlıq abidəsinin tarixi onun Əmir Nizaməddin Kəsrani tərəfindən, Şirvanşahlar dövləti dövründə tikildiyini göstərir. Məsciddəki ərəb dilində yazılmış kitabələrdən birinin ikinci sətri belə oxunur: "Bu Allah evinin tikilməsini əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmirhac əmr etdi - hicri-qəməri 730-cu il (miladi tarixi ilə 1329-1330 )". XX əsrin əvvəllərində bu məscid yenidən təmir olunaraq inşa işləri aparılıb. Belə ki, qərb tərəfdəki eyvanın mərkəzində Nizaməddinin tikdirdiyi qapının qarşısında 4 daş sütundan ibarət giriş yeri düzəldilib. Bu barədə qapının üstündəki ərəb əlifbası ilə yazılmış kitabədə oxuyuruq: "Bu portalı Rizvan oğlu Hacı Xələf bina etmişdir.
Son xəbərlər