Facebook Pixel Code
GoMap XƏRITƏ
Əli Bunyadlılar məscidi
Baxış sayı:
  • Ünvan:
    Əlisöhbət Sumbatzadə, Bakı, Suraxanı, AZ1049
Avtobus
Məscid Bakının Əmircan kəndində yerləşib. İç sahəsi 10x12 metrdir. Bünyadlılar məscidi yonulmuş sal daşlardan inşa olunub və səkkiz tağı vardır. Günbəz də bu tağlar üzərində dayanıb. Günbəzdə 16 pəncərə qoyulub. Bünyadlılar məscidinin interyeri çox sadədir. Döşəmə metlaxdandır. Yerdən tavanadək hündürlüyü 5 metr, günbəzədək hündürlüyü 13 metrdir. Mehrabın hündürlüyü 3,5 metrdir. Məscidin iki hücrəsi də var. Onların hər birinin sahəsi 5x3 metrdir. Məsciddə onun inşa tarixini göstərən daş kitabə də həkk olunub. Burada yazılıb: "Hacı Tağının atası Ağa Yusif. 1323-cü il". Bu məscid əsasən qadınlar üçün nəzərdə tutulub.
Son xəbərlər