Facebook Pixel Code
GoMap XƏRITƏ
Xəlifə Əli məscidi
Baxış sayı:
  • Ünvan:
    Baba Babazadə, Bakı, Sabunçu, AZ1037
Avtobus
Bakının Ramana kəndində yerləşən bu məscidin əsas giriş qapısının üstündəki dəmir lövhədə XVII əsr tarixi göstərilib. Lakin məscidin giriş qapısından sağ tərəfdəki daş kitabədə hicri-qəməri təqvimi ilə 1256-cı il yazılıb. Əsas giriş qapısının üstündəki daş kitabədə isə 1056-cı il tarixi qeyd olunur. Odur ki, bu məscidin dəqiq tarixi barədə məlumat vermək çətinlik törədir. Qeyd edək ki, Ramana Qala məscidi qayaların üstündə tikilib. Əsas ibadət zalı bir mərtəbədən ibarət olub, sahəsi 4x12,5 metrdir. Məscidin hündürlüyü isə 4 metrdir. Məscidin pəncərələrinin birinci layı taxta, ikinci layı isə daşla işlənib.
Son xəbərlər