Facebook Pixel Code
GoMap XƏRITƏ
Digah məscidi
Baxış sayı:
  • Ünvan:
    Hacı Zeynalabdin Tağıyev, Abşeron, AZ0127
  • Telefon:
    (+994 70) 313-12-08
Avtobus

Məscid Abşeron rayonunun Digah qəsəbəsində inşa edilib. Digah qəsəbə məscidinin inşa tarixi dəqiq məlum deyil. Lakin qapısının üstündəki kitabələrdə h.q təqvimi ilə 129 və 227-ci il tarixləri göstərilib. ilkin sahəsi 54 kv.metr, XIX əsrin əvvəllərində əlavə edilmiş sahə 81 kv.metr və nəhayət, 1988-1989-cu illərdə qadınlar üçün tikilmiş hissəsinin sahəsi 96 kv.metrdir.

Məscidin divarlarının qalınlığı 1 metrdir. Yerdən tavanadək hündürlüyü 5 metr, yerdən günbəzədək hündürlüyü 10 metrdir. Məscid karxana daşları ilə tikilib. Günbəzi 4 sütun üzərində dayanıb. Sütunlar tağlarla birləşib. Damı dəmir təbəqə ilə örtülüb. Həyətdə dəstəmazxana və yardımçı otaqlar tikilib. Məscid sadə konstruksiyaya malikdir

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

Son xəbərlər