Facebook Pixel Code
GoMap XƏRITƏ
Türkan qəsəbə İmam Hüseyn məscidi
Baxış sayı:
  • Ünvan:
    Əbülqasım Firdovsi, döngə, Bakı, Xəzər, AZ1056
  • Telefon:
    (+994 50) 583-25-04 - Kazımov Rasim Fərəməz
Avtobus

Məscid Bakının Türkan kəndindədir. Hicri-qəməri təqvimi ilə 1322-ci ildə inşa edilib. İç sahəsi 17x18 metr, həyətyanı sahəsi 600 kv.metrdir. Giriş qapısının üstündə fars dilində məscidin tarixi haqda kitabə həkk olunub. Giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizdən qadınlar və kişilər şöbəsinə giriş vardır. Türkan məscidinin döşəməsi betondur. Mehrabı (hündürlüyü 4 metr) yonulmuş daşdan düzəldilib. Günbəzin diametri 5 metrdir və dörd pəncərəyə malikdir. Yerdən günbəzədək hündürlüyü 14 metr, yerdən tavanadək hündürlüyü 9 metrdir. Tavan və günbəz sütunlar üzərində dayanıb. Sütunlar tağlarla bir-birinə bitişikdir. Dəhlizin üstündə ikinci mərtəbə yerləşib. Bura qadınlar üçün nəzərdə tutulub. Məscidin minbəri altıpilləlidir və taxtadan düzəldilib. Türkan məscidlnin həyəti asfaltla döşənib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

Son xəbərlər