Facebook Pixel Code
GoMap XƏRITƏ
Hacı Məhəmməd Həsən Cümə məscidi
Baxış sayı:

Hacı Məhəmməd Həsən bəy məscidi Abşeron rayonunun Hökməli qəsəbəsinin Seyidlər məhəlləsindədir. Bünövrəsi hicri-qəməri təqvimi ilə 1312-ci ildə qoyulub. Əsas ibadət zalının sahəsi 14x6 metrdir. Bu məscidə vaxtilə kənddə yaşayan Hacı Məhəmməd Həsən bəyin xatirəsinə hörmət elaməti olaraq onun adı verilib. Belə ki, giriş qapısının üstündə kiril əlifbası ilə "Hacı Məhəmməd Həsən bəy cümə məscidi" sözləri qeyd olunub. Mehrabın üstündə "Kəlmeyi-teyyubə" yazılıb və 1323-cü il tarixi göstərilib. Məscid iki mərtəbədən ibarətdir. Ikinci mərtəbə eyvan formasındadır. Günbəzin diametri 5 metrdir və onda üç pəncərə qoyulub. Bunlar gündoğan və qiblə tərəfi göstərir. Hündürlüyü yerdən tavanadək 5,5 metr, yerdən günbəzədək 10 metrdir. Məscid üçün minarə və eyvan da tikilir. Məscidin nəzdində mədrəsə də fəaliyyət göstərir.

Vaxtilə bu məsciddə İslam Şərqinin dini universitetlərində təhsil almış nüfuzlu din xadimləri axundluq ediblər.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

  • Ünvan:
    Babək, 4A, Abşeron, AZ0115
Avtobus
Son xəbərlər