Facebook Pixel Code
GoMap XƏRITƏ
Həmzə məscidi
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Abşeron, AZ0119
Avtobus

Həmzə məscidi Abşeron rayonunun Novxanı kəndində yerləşir və bu məscidin inşa tarixi 1994-1996-cı illərə aiddir. Ümumi sahəsi 35x40 metr (1400 kv.metr), əsas ibadət zalının sahəsi 10x7 metr, qadınlar şöbəsinin sahəsi 7x2,5 metrdir.

Həmzə məscidi Kərbəlayı Adil İmaməli oğlu tərəfindən tikilib. Forma etibarilə kvadratşəkilli olan bu məscidin hündüriüyü 8 metrdir. İbadət salonunun 4 sütunu vardır. Sütunlar tağlar vasitəsilə əlaqələnib. Günbəz daşdan işlənib və üstünə suvaq çəkilib. Günbəz sadə formaya malikdir. Məscidin pəncərələri Şərq memarlıq üslubunda hazırlanıb. Onların yuxarısı qövsvari şəkildə işlənib. Məscidin interyeri sadə konstruksiyaya malikdir. Həyətdə dəstəmazxana, qonaq otağı, mürdəşirxana da var. Qoşa minarələr məscidə xüsusi yaraşıq verir. Minarələrin hər biri tək şərəfəyə malikdir. Minarələr çox sadə quruluşda tikilib və hündürlüyü 8 metrdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

Son xəbərlər