Facebook Pixel Code
GoMap XƏRITƏ
Gənzə məscidi
Baxış sayı:

Hacı Hüseynqulu məscidi (Gənzə) - Məscid Ordubad rayonunun Gənzə kəndindədir. Tarixi hicri-qəməri təqvimi ilə IX əsrə aid olunur.Məscidin əvvəlki hissəsinin sahəsi 12x10 metr, hündürlüyü 3 metrdir. Bu hissədə 3 sütun və on iki tağ var. Divarlarının qalınlığı 1 metrdir. Buradakı altı şöbədən dördü kvadrat, ikisi isə günbəz formasındadır.Məscidin ilkin hissəsinə əlavə olaraq ikinci bir hissə də tikilmişdir. Buranın sahəsi 8x10 metr, hündürlüyü isə 4 metrdir. Deyilənə görə, bu yeni hissə əsrin əvvəllərində tikilib. Yeni tikilmiş hissə əvvəlkindən xeyli fərqlənir.Birinci hissə əhəng, yumurta qarışığı və adi çaylaq daşlarından hörülüb. ikinci isə çiy kərpicdən işlənib. Bütün məscidin iç divarlarının aşağı hissəsi taxta, yuxarı hissəsi gəclə işlənib. Divarlara ərəbcə rənglə Quran ayələri yazılıb.Hacı Hüseynqulu məscidinin içərisində divarlarda beş divariçi taxça düzəldilib. Məscidin giriş hissəsindən fasad tərəfdə eyvan vardır. Eyvan on iki tağdan ibarətdir. Hacı Hüseynqulu məscidinin nəzdində qonaq otağı da var. Bura məscidə gələn qonaqlar üçün nəzərdə tutulub. Hacı Hüseynqulu məscidinə Əliəkbər Rzaqulu oğlu tərəfindən hədiyyə olaraq 500 kv.metr əlavə torpaq sahəsi verilib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

  • Ünvan:
    Ordubad, AZ6917
Avtobus
Son xəbərlər