Facebook Pixel Code
GoMap XƏRITƏ
Kazım Qarabəkir Paşa məscidi (Türk məscidi)
Baxış sayı:

Həmin məscid binası Naxçıvanda XVI əsr türk memarı S. Osmanın tikdirdiyi üslubda Türkiyənin Dəyanət İşləri Başkanlığının sifarişi ilə inşa edilmişdir. 1995-ci ilin 20 sentyabr tarixində tikintisinə başlanan binanın xərclərini Belcikalı türklərin vəsaiti ilə ödənilmişdir. Məscidin memarı Çingiz Seçkin, layihə mühəndisi isə Həmid Turac olmuşlar. Qoşaminarəli məscid binasının giriş qapısı (portal) şimal tərəfdəndir. Bina üç mərtəbəli qurularaq, özülü, divarları, kümbəzlə minarələri dəmir betondan tökülmüşdür. Divarlara xaricdən Qaradağ mişar daşından üzlük pilitələri hörülmüşdür. Məscid binasının sahəsi 550, həyəti ilə birlikdə 13 min kvadrat metrdir. Minarələrin hündürlüyü 38m, əsas kümbəz 19m, yanlarındakı kümbəzlər isə 4 metr ucalığındadır. Binanın birinci mərtəbəsində böyük dəhlizlə yardımçı otaqlar, ikinci mərtəbəsində isə kişilərin ibadət salonu, cənub divarda da mehrab vardır. Mehrabın ətrafında mərmər üzərində ərəbcə Quranın “Bəqərə” surəsindən “Ayətəl-kürsü” ayələri həkk edilmişdir. Məscidin üçüncü mərtəbəsinə minarələrdən pillələrlə yol geədərək yan divarlardakı eyvanı xatırladan qadınların ibadəti üçündür. Məscidin pəncərələri rəngli şüşələrlə vitraj işlənmiş, daxili divarlar naxışlarla bəzədilərək, minarə ilə künbəzlərin üst örtüklərinə qurğuşun təbəqəsi çəkilmişdir. Məsciddə eyni vaxtda 1000 nəfərin ibadəti nəzərdə tutulmuşdur. Salonun içərisində günbəzdən çilçıraq asılmış, əzan vermək üçün müasir avadanlıqlar quraşdırılmışdır. Məscidin giriş qapısı üstündə divarda ərəb və türkcə aşağıdakı sözlər yazılmışdır: “Kazım Karabekir Paşa Camii” Naxçıvan halkına kardeşlik hediyyesi olarak Belçikada yaşayan türklerin katkılarıyla türkiye diyanet vakfı tarafından Çintaş A. S-yaptırılmışdır. 1997” Bundan başqa məscidin sağ divarında türk və azəri ləhcəsi ilə aşağıdakı sözlər də yazılmışdır:

“Kazım Karabəkir (1882-1948). Mustafa Kamal Atatürkün yaxın silahdaşı olan böyük Türk sərkərdəsi və dövlət xadimi Birinci Dünya müharibəsi və Milli Mücadilə dövründə Şərqi Anadolunun Rus və Erməni işğalından xilas elədi və “Şərq Fatihi” adını qazandı. Türk istiqlal hərbinin çox əhəmiyyətli dönüş nöqtəsi olan Ərzurum konqresinin keçirilməsində tarixi bir rol oynamışdır. Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilərək Məclisə sədrlik etmişdir. Tarix və maarif sahələrində bir çox əsərlərin müəllifidir. ” Naxçıvanda tikilən məscidə görkəmli türk sərkərdəsi və ictimai xadimi olmuş, 1918-21-ci illərdə Naxçıvan diyarını erməni quldurlarından təmizləyən Kazım Qarabəkir Paşanın adı verilmişdir. 1999-cu il 13 oktyabr tarixində məscid qaplarını həmişəlik olaraq naxçıvanlı dindarların üzünə açmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının prezidenti H. Ə. Əliyev, Türkiyə Cumhuriyyətinin Dəyanət işləri başkanı Mehmed Nuri Yılmaz və Kazım Qarabəkirin qızı Timsal Qarabəkir xanım da iştirak etmişlər. Məscidin ilk axundu Abdulhəmid Övləc Əfəndi olmuşdur. http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950

  • Ünvan:
    Əziz Əliyev, Naxçıvan, AZ7006
Avtobus
Son xəbərlər