Facebook Pixel Code
GoMap XƏRITƏ
Uğurbəyli kənd məscidi
Baxış sayı:
  • Ünvan:
    Fərman Kərimzadə, Bərdə, AZ0942
  • Telefon:
    (+994 50) 624-41-92 - Hacıyev Səbuhi Teyyub
Avtobus

Məscid Bərdə rayonunun Uğurbəyli kəndində tikilib. İlkin tarixi XX əsrin əvvəllərinə aiddir. Sovetlər dövründə əvvəlcə anbar kimi istifadə edilən, daha sonra bağlı qalan bu məscid çox bərbad vəziyyətə düşmüş və camaat tərəfindən sökülərək yerində yeni məscid tikilmişdir.

Məscidin minarəsi (hündürlüyü 12 metrdir) bişmiş kərpicdəndir. Döşəmə də bişmiş kərpiclə işlənib. Divarlar içəridən suvanmışdır. Damın örtüyü şiferlə işlənib.

Məscidin yanında türbə də mövcuddur. Türbə də bişmiş kərpicdən işlənib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər