Facebook Pixel Code
GoMap XƏRITƏ
Köhnə məscid
Baxış sayı:
  • Ünvan:
    Xok, Kəngərli, AZ7401
Avtobus

Xok cümə məscidi - Məscid Kəngərli rayonunun Xok kəndində inşa edilib. Divarlarındakı yazılara görə, onun tarixi 600 il əvvələ (XIV əsr) gedib çıxır. Ümumi sahəsi 14x14 metrdir.Xok Cümə məscidinin tarixi çox qədimdir. Əsrin əvvəllərində burada təmir-bərpa işləri aparılıb. Axırıncı dəfə 1988-1989-cu illərdə burada təmir işləri həyata keçirilib. Bu təmir zamanı məscidin damının örtüyü dəyişdirilib, eləcə də qoşa minarə ucaldılıb. Onlar dəmirdəndir və hündürlüyü 15 metrdir.Xok Cümə məscidi yonulmamış daşlardan tikilib. İç tərəfdən divarlar gəclə suvanıb, fasad tərəfdən bişmiş kərpiclə üzlənib. Divarların qalınlığı 1 metrdir. Məscid iki hissədən - kişilər və qadınlar şöbəsindən ibarətdir. Eyvan formasında olan qadınlar şöbəsi üç mərtəbəlidir. Hər mərtəbənin sahəsi 56 kv. metrdir. Məsciddə mədrəsə də fəaliyyət göstərir. Məscidin döşəməsindən tavanınadək hündürlüyü 7 metr, günbəzədək isə 11 metrdir, günbəzin diametri 5 metrdir. Günbəzdə 12 gözlük qoyulub. Xok Cümə məscidinin interyeri çox sadə formaya malikdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər