Facebook Pixel Code
GoMap XƏRITƏ
Liman şəhər məscidi
Baxış sayı:
  • Ünvan:
    Babək, Lənkəran, AZ4222
  • Telefon:
    (+994 50) 332-74-31 (Zeynalov Həxiəli Paşa)
Avtobus

Port qəsəbə məscidi - Məscid Lənkəran rayonunun Port qəsəbəsindədir. Bünövrəsi 1991-ci ildə qoyulub. Həyətyanı sahəsi 700 kv.metr, iç sahəsi isə 10x22 metrdir. Formaca düzbucaqlı olan bu məscid qırmızı kərpiclə inşa edilib. Bununla bərabər məscidin tikintisində İrandan gətirilmiş ağ kərpicdən istifadə olunub. Damı ağ dəmir təbəqə ilə örtülüb. Günbəzi 8 guşəlidir və üstü ağ dəmir təbəqə ilə işlənib. Günbəzin tikintisində ağ və qırmızı kərpicdən istifadə olunub. Günbəzin üstündə aypara qoyulub. Bundan başqa günbəzdə tağvari formada 8 pəncərə qoyulub. Məscidin əsas giriş qapılarının önündə iki sütun üzərində dayanmış arkalar tikilib. Arkaların ustü ağ dəmir təbəqə ilə örtülüb. Məscidin hər birinin hündürlüyü 18 metr olan qoşa minarəsi var. Minarələrin hər biri tək şərəfəlidir və şərəfələr dəmir təbəqə ilə işlənib. Minarələr də ağ və qırmızı kərpicdən tikilib. Minarələrin üstündə aypara rəmzi qoyulub. Minarələrə giriş ibadət zalındandır. Məscidin döşəməsi torpaq, tavanı isə taxtadandır. Günbəz altı dəmir boru sütun üzərində dayanıb.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər