Facebook Pixel Code
GoMap XƏRITƏ
Sabunçu qəsəbə məscidi
Baxış sayı:
  • Ünvan:
    Mehdi Hüseynzadə, 1-ci döngə, Bakı, Sabunçu, AZ1034
Avtobus

Məscid qəsəbənin qədim hissəsindədir. Məscid binası 1897-ci ildə Əli bəy Aşurbəyov tərəfindən tikilmişdir. Məscidin ibadət zalının iç sahəsi 16x19 metr, yonulmuş sal daşlardan hörülmüş divarların qalınlığı isə 1 metrdir. Məscid 1937-ci ildən 1992-ci ilədək müxtəlif məqsədlərlə (anbar, sex kimi) istifadə olunmuş və habelə, iki dəfə yanğına məruz qalmışdır. 1992-ci ildən başlayaraq məsciddə təmir-bərpa işləri aparılmaqdadır. Sabunçu qəsəbəsi Cümə məscidi iki mərtəbədən ibarət olub, kifayət qədər geniş ibadət zalına malikdir. Birinci mərtəbədəki sütunların qalınlığı 2,5 metr olub, sal daşlardan tikilmişdir. Sütunlar 12 ədəd tağla bir-biri ilə birləşib. Mehrabı isə məscidin mərkəz hissəsindədir və hündürlüyü 5 metrdir. Yerdən günbəzədək hündürlüyü 10 metrdir. Günbəzin diametri 6 metrdir. İbadət zalına xüsusi bəzək verən çilçıraq (çəkisi 450 kq-a yaxındır) dərhal diqqəti cəlb edir Məscidin minbəri usta Abbas tərəfindən düzəldilib. 1992-ci ildən bu günə qədər burada təmir və bərpa işləri aparılır. Tikinti işləri üzrə nəzarətçi İqdam Əlifəhmı oğlu, məscidi təmir və bərpa etdirən isə Məhəmmədkərim Məhəmmədtağı oğludur.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

Son xəbərlər