Qubə Məscidi (Qax) - Məscid Qax şəhərinin mərkəzi hissəsindədir. Bünövrəsi 1995-1996-cı illərdə qoyulmuşdur. Həyətyanı sahəsi 10.000 kv.metr, iç sahəsi 9x15 metrdir. Qax şəhər Qubə məscidinin tikintisi Qatar Xeyriyyə Cəmiyyəti tərəfindən maliyyələşdirilmişdir. Memarı Fərman Laçınovdur. Məscid bişmiş kərpiclə işlənmişdir. Həyətyanı sahəsi yaşıllıqlar içərisində olub, daş hasara alınmışdır. Formaca düzbucaqlı şəklindədir. Minarəsi bişmiş kərpicdən götürülmüşdür. Minarənin qübbəsi ağ dəmir təbəqədən işlənib. Məscidin damı və günbəzi ağ dəmir təbəqə ilə örtülmüşdür. Minarə və günbəzin üstündə ağ dəmirlə aypara rəmzi qoyulmuşdur. Məscidin ətrafı asfaltla döşənmişdir. Minarənin hündürlüyü 21 metr, məscidin döşəmədən tavanadək hündürlüyü isə 12 metrdir. Günbəz iç tərəfdən taxta ilə işlənmişdir.
Azərbaycan Respublikası muzeylərinin ensiklopediyası