Facebook Pixel Code
GoMap XƏRITƏ
Qala kənd məscidi icması
Baxış sayı:
  • Ünvan:
    Sülh, Bakı, Xəzər, AZ1046
  • Telefon:
    (+994 50) 647-66-83 - Süleymanov Süleyman Əliş
Avtobus
Məscid Qala kəndində, Hacı Ramazan məhəlləsində yerləşib. Bu məscid XVII əsrə aid edilir. Lakin bu məscid üzərində bu əsrdə bərpa işləri aparıldığına görə onun tarixini daha qədim hesab etmək olar.Maraqlı fakt odur ki, sonradan məscid kimi istifadə olunan tikili müdafiə qalası ilə bir kompleks təşkil etmişdir. Məscid hal-hazırda 90 dərəcəli düzbucaqlı üçbucaq şəkillidir. Namaz qılan otağın cənub hissəsində divarda mehrab vardır. Mehrab sadə ornamentlə bəzədilmişdir. Məscidin içərisindən dama yol vardır. Hal-hazırda dama çöl–cənub tərəfdən çıxılır. Məscidin iç sahəsi 9x9 metrdir. Məscid yonulmuş sal daşlardan tikilib, Döşəməsi torpaqdır. Məscidin içərisində dörd böyük tağ vardır. Sferiktipli günbəz bu tağların üzərində dayanıb. Günbəzdə üç gözlük qoyulub.Yerdən günbəzədək hündürlüyü 7 metrdir. Giriş qapısının üstündə onun tarixini göstərən daş kitabə həkk edilib. Tağların qovuşduğu hissədə küplərdən istifadə olunub ki, bu da akustika yaratmaq üçündür. Məscidin dörd tərəfində hücrələr tikilib. Məscidin qarşısında quyu varmış. Məsciddən mədrəsə - məktəb kimi də istifadə olunurmuş.
Son xəbərlər