Facebook Pixel Code
GoMap XƏRITƏ
Biləsuvar şəhər İmam Hüseyn məscidi
Baxış sayı:
  • Ünvan:
    Nizami Gəncəvi, Biləsuvar, AZ1300
  • Telefon:
    (+994 50) 382-91-68 (Xurşudov Mirhəvəs Dəhnz)
Avtobus

Məscid Biləsuvar şəhərinin mərkəzində yerləşib. 1992-ci ildə inşa olunub. Həyətyanı sahəsi 3000 kv.metrdir. İç sahəsi iki hissədən ibarətdir: kişilər şöbəsi 12x12 metr, qadınlar şöbəsi 8x8 metr.

Biləsuvar şəhər Cumə məscidinin tikintisində keçmiş icra hakimiyyətinin başçısı Yusif Mehtiyev, Axund Əlifağa Böyükağa oğlu, Tanrıverən Tanrıverdi oğlu, Hacı izzət Qarayev, Avtandil Quliyev xüsusi təşəbbüs göstərmişlər. 1994-cü ildən etibarən rayonun yeni icra başçısı Əli Bədir Babayevin başçılığı altında tikinti işləri davam etdirilib. Məscidin tikintisinə qoyulan vəsait ümumi şəhər əhalisinə məxsusdur. 1997-ci ilin iyununda məscid Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

Məscidin əsas binasının günbəzi ağ dəmir təbəqədən işlənmişdir. Burada eyni zamanda mədrəsə də tikilmişdir ki, onun da sahəsi 8x8 metrdir. Tikilməkdə olan minarələrin hündürlüyü 15 metrə çatacaq. Məscidin günbəzinin diametri 8 metrdir. Pəncərələr tağvari formada olub, taxtadan düzəldilib. Məscidin tağvari formalı üç giriş qapısı var. Əsas ibadət zalı və mədrəsə dairəvi formadadır. Məscidin minbəri taxtadan olub, yeddipilləlidir. Ustaları Xankişi Mirzəyev, Şakir Həsənov, Qəribağa Murtuzov, iş icraçısı isə Aliahşükür Şirinovdur.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər