Facebook Pixel Code
GoMap XƏRITƏ
Keşlə məscidi
Baxış sayı:
  • Ünvan:
    Kamran Əfkari, Bakı, Nizami, AZ1031
  • Telefon:
    (+994 12) 514-60-46 (axund otağı)
Avtobus
Məscid Bakının Keşlə qəsəbəsində inşa olunub. İç sahəsi 10x10 metr, ümumi məscidə məxsus sahə 25x45 metrdir. Keşlə qəsəbə məscidi XVII əsrə aid abidə hesab olunur. O, Şah Abbas tərəfindən tikdirilib. Giriş qapısının üstündə ərəbcə daş kitabə yazılıb. İbadət zalı dörd böyük tağdan ibarətdir. Tağlar məscidin dairəvi formada olan günbəzi ilə qovuşur. Günbəzin aşağı hissəsi 12 guşəlidir. Bu da on iki imama işarə xarakteri daşıyır. Mehrab və minbər yonulmuş sal daşlardan düzəldilib. Məscidin pəncərələri yüksək sənətkarlıqla düzəldilib. İki laydan ibarət olan pəncərələrin birinci layı taxta, ikinci layı isə bütöv yonulmuş daşla işlənib. Daşlar kiçik-kiçik dairəvi boşluqlardan ibarətdir. Bu məscid də başqa məscidlər kimi sovetlər dövründə fəaliyyət göstərməmiş və yalnız 1989-cu ildən fəaliyyəti bərpa edilmişdir.
Son xəbərlər