Facebook Pixel Code
GoMap XƏRITƏ
Qobuqıraq kənd məscidi
Baxış sayı:
  • Ünvan:
    Xaçmaz, AZ2716
Avtobus

Məscid Xaçmaz rayonunun Qobuqırağı kəndi yaxınlığında yerləşir. 1995-ci ildə inşa edilib. İç sahəsi 7x10 metrdir. Qobuqırağı kənd məscidi düzbucaqlı formadadır və mişar daşı ilə inşa olunub. Məscidin ön tərəfində eyvan yerləşib. Eyvan da mişar daşı ilə tikilib, döşəməsi beton, tavanı isə taxtadandır. Məscidin minbəri taxtadandır və dördpilləlidir. Mehrabı göy rənglə işlənib və divarın içərisində yerləşib. Məscidin iki qapısı və dörd tağvari formalı pəncərəsi var. Tavan düzbucaqlı, mehrabı isə tağvari formadadır. Dam dəmir təbəqə ilə örtülüb. Günbəzi dördguşəlidir və hündürlüyü 2 metrdir. Günbəzin hər bir guşəsində gözlük qoyulub. Yerli camaatın bildirdiyinə görə, burada vaxtilə də məscid olmuşdur. Həmin məscid 1870-ci ildə tikilmiş və 1918-ci ilə qədər fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər